• $
  • €
  • ₽
  • ₺
  • £

Ağcabədidə kafedə saxta alkoqollu içkilər aşkarlanıb

Ağcabədidə kafedə saxta alkoqollu içkilər aşkarlanıb
08.08.2023 13:14
Ağcabədi rayonundakı "Ay İşığı” kafesində saxta alkoqollu içkilər aşkarlanıb. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları kafedə mənşəyi məlum olmayan ətlərdən yeməklərin hazırlanması, müəssisənin qanunsuz olaraq fəaliyyət göstərməsi və antisanitar vəziyyətlə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında fiziki şəxs Quliyev Sabir Qəşəm oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi məlum olub. Həmçinin aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

Belə ki, ictimai iaşə müəssisəsində mal qonşuluğu prinsipinin pozulduğu, bəzi qida məhsullarının birbaşa döşəmə üzərində saxlanıldığı, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müşahidə olunub. Yoxlama zamanı müəssisəyə qəbul edilən xırdabuynuzlu heyvan ətlərinin müşayiətedici sənədlərinə və vaxtaşırı olaraq müvafiq təmizlik işlərinin aparılmasına dair sənədlər təqdim olunmayıb. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox