Sığınacağa yerləşdirilən qaraçı uşaqlarının qohumları xəstəxanada qalmaqal çıxarıblar

Bakıda sığınacağa yerləşdirilən qaraçı uşaqlarının qohumları xəstəxanada qalmaqal çıxarıblar. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə facebook hesabında yazıb.
O bildirib ki, qaraçı kimi tanınan roman qrupunun üzvləri böyük bir kriminal qrupdur.
"Əksəriyyəti uşaq dilənçiliyi ilə məşğuldur. Onların güclü informasiya mənbələri var. Bir az öncə müayinədən keçirtmək məqsədi ilə əməkdaşlar uşaqları xəstəxanaya aparıblar. Uşaqların qohum-əqrəbası xəstəxanada qalmaqal yaradıb. Əməkdaşlarımız dərhal Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə məlumat veriblər. Hazırda qalmaqal yaradanlar polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıblar. Uşaqlar çox qorxublar. Uşaqların və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Post Patrul Xidmətinin (PPX) və Çevik Polis Alayının (ÇPA) əməkdaşları onların yanındadırlar”,- Kəmalə Ağazadə bildirib.
Kəmalə Ağazadə dünən sığınacağı hücum olunduğunu açıqlamışdı.
Bir neçə gün öncə "20 Yanvar” metro stansiyası tərəfdə diləndirilən doqquz və on iki yaşlı uşaqlar sığınacağa yerləşdirilmişdilər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib

Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq

Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib





















