• $
  • €
  • ₽
  • ₺
  • £

27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qalibləri açıqlanıb - FOTOLAR

27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qalibləri açıqlanıb - FOTOLAR
09.09.2023 14:29
27-ci "ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qalibləri açıqlanıb.

Müsabiqədə xəbər sahəsində çalışan müxbirlər, rejissorlar, operatorlar və montajçıların hazırladığı materiallar 11 nominasiya üzrə yarışıblar.

Azərbaycandan müsabiqəyə göndərilən 30 görüntüyə sentyabrın 8-də Xəzər Media Mərkəzində yerli mütəxəssislərin təmsil olunduğu 26 nəfərdən ibarət münsiflər tərəfindən baxış keçirilib.

Bu gün Xəzər Media Mərkəzində medianın dəvət olunduğu mətbuat konfransında müsabiqəyə təqdim olunan ümumi 160-a yaxın videomaterial arasından qaliblərin adı açıqlanıb.

"ZOOM" Azərbaycan üzrə qaliblər aşağıdakılardır:

Xəbər görüntüsü nominasiyası:

Birinci yer: Real TV Elşad Heydərov

Özəl xəbər nominasiyası:

Birinci yer: Azərtac İsgəndər Qəmbərov

İkinci yer: Xəzər TV Vüsal Cəfərov


Reportaj nominasiyası:

Birinci yer: İctimai TV Ceyhun Mustafayev

Sərbəst nominasiya:

Birinci yer: ARB TV Aidə Zərgərova

Serial nominasiyası:

Birinci yer: ATV Elvin Zeynalov

İkinci yer: ARB TV Turan Novruzova

Aktual xəbər nominasiyası:

Birinci yer: ARB TV Tacəddin Quliyev

Xəbər proqramı nominasiyası:

Birinci yer: Xəzər TV Aslan Qarayev


Xüsusi mükafatlar üzrə:

Ağdam mükafatı - Xəzər TV Lalə Azərtaş

Şuşa mükafatı - Xəzər TV Lalə Azərtaş

Laçın mükafatı - İctimai TV Anar Ağazadə

Kəlbəcər mükafatı - BAKU TV Elgün Hümbətov

Füzuli mükafatı - AZTV Ramil Qocayev

Zəngilan mükafatı - ARB Rasil Salehli

Münsif mükafatı - İctimai TV Ramin Mehdi

Türkiyə Xəbər Kameramanları Assosiasiyası mükafatı - ARB TV Kamilə Hüseynli

Türkiyə-Azərbaycan dostluq mükafatı - Türkiyədən NTV Esra Gezginci

1996-cı ildən bəri keçirilən "ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Ötən həftə İstanbulda Türkiyə və digər ölkələrdən müsabiqəyə verilən görüntüyə Türkiyə münsiflər heyətinin baxışı və səsverməsi baş tutub. Konfransda Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytekin Polatel, Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədr müavini Ahmet Akpolat, Türkiyə Xəbər Operatorları Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qəmbərov, İdarə heyətinin üzvləri İbrahim Büyükkerkmen, Mehmet Rıza Marufoğlu, Mustafa Soybaş, Mustafa Kara iştirak ediblər.

 27-ci "ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin mükafatlandırılma mərasiminin sentyabrın sonlarında Azərbaycanda keçirilməsi planlaşdırılır.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox