• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Ədalət Məhkəməsinin önündə Azərbaycan icmasının etiraz aksiyası keçirilib

Beynəlxalq Ədalət Məhkəməsinin önündə Azərbaycan icmasının etiraz aksiyası keçirilib
12.10.2023 21:36
Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin önündə Azərbaycan icmasının "Biz sülh istəyirik!” adlı dinc etiraz aksiyası keçirilib.
 
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə yerli vaxtla 15.00-dan 19.00-dək baş tutan aksiya Ermənistanın cəfəng iddialarına və anti-Azərbaycan kampaniyasına etiraz məqsədilə gerçəkləşdirilib.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan aksiyada çıxış edənlər Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımlar siyasətini, vandallıq aktlarını, mina terrorunu xatırladıblar.
Aksiya iştirakçıları Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın saxta iddialarını rədd etməyi, multukultural və sülhsevər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.

Aksiya zamanı "Qarabağ Azərbaycandır!”, "Azərbaycanın ərazi bütövlüyünə hörmət edin!”, "Erməni separaçılığına son qoyulsun!”, "Anti-Azərbaycan kampaniyasına son verin!”, "Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, "Xocalını unutma!”, "Cəncə terroru Ermənistan terrorunun nümayişidir!”, "Ruben Vardanyan terrorizmin maliyyəçisidir!”, "Dünya Gəncə terroruna susur!”, "Biz Ermənistanın Bərdəyə qarşı terrorunu lənətləyirik!”, "Biz terrorizmə YOX deyirik!”, "Biz Ermənistanın sistematik kütləvi qətllərini lənətləyirik!”. "Arayik Arutunyan uşaq qatilidir!”, "Erməni mina terroru azad edilmiş regionlarda normallaşdırma və bərpa prosesinə mane olur!”, "Qarabağın təhlükəsizliyi üçün mina xəritələrini tələb edirik!”, "Mina terroru məcburi köçkünlərin Qarabağa qayıtmasını əngəlləyir!”, "Dünya erməni terrorizminin qurbanları barədə susur!”, "Qarşılıqlı olmaq prinsipini tələb edirik!”, "Ermənistan Qərbi azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini təmin etməlidir!”, "Ermənistan Qərbi azərbaycanlıların İrəvana qayıtmasının qarşısını alır”, "İrəvan sülh sazişinə ciddi yanaşmır”, "Qərbi azərbaycanlılara İrəvanda yaşayan ermənilərlə bərabər münasibət göstərilməlidir!” "Azərbaycan Qarabağda birgə yaşayışı dəstəkləyir!”, "Biz Ermənistanı danışıqlara çağırırıq, konfrontasiyaya deyil!”, "Biz dünya ictimaiyyətini ədaləti dəstəkləməyə çağırırıq!” və sair şüarlar nümayiş etdirilib və səsləndirilib.

Aksiya Ermənistanın müraciəti əsasında Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi (Ermənistan Azərbaycana qarşı) haqqında ictimai dinləmələrin təşkil olunduğu saatlarda keçirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol