• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub
12.03.2025 17:14

İnnovasiya və sürət lideri "Bakcell", dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin 100 ölkəni əhatə edən Müasir Marketinqin Əsasları (Essentials of Modern Marketing)
qlobal təşəbbüsünə qatılıb. Qısa zamanda dünya və Azərbaycan oxucularına təqdim
olunacaq kitabda ölkənin aparıcı şirkətlərinin uğur hekayələri yer alacaq.


“Kotler Impact” tərəfindən idarə olunan qlobal layihədə təqdim olunan kitab silsiləsi hər
bir ölkəyə özəl yanaşma ilə hazırlanaraq yerli bizneslərin uğurlarını qlobal marketinq
prinsipləri ilə birləşdirir. Layihə çərçivəsində artıq 25-dən çox ölkənin, o cümlədən
Avropa ölkələri, Braziliya, Hindistan, Pakistan, Türkiyə və s. bazarları haqqında nəşr
edilən kitablar oxucuların böyük marağına səbəb olub. Azərbaycan nəşri ölkəmizin
biznes mühitini beynəlxalq səviyyədə tanıtmağa, o cümlədən yerli marketinq
mütəxəssislərinə qlobal təcrübədən yararlanmaq imkanı verəcək.


"Bakcell" bu layihəyə dəstək verməklə Azərbaycanın və regionun innovativ marketinq yanaşmalarının inkişafına töhfə verməyi hədəfləyir.


Filip Kotler haqqında
Müasir marketinqin atası və 80-dən çox kitabın müəllifi olan Filip Kotler, marketinq
sahəsində inqilabi nəzəriyyələr yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir
göstərib. O, marketinqi psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin
elmi əsaslarını formalaşdırıb.


Ən məşhur əsərlərindən biri olan “Marketing Management” kitabı dünya
universitetlərində marketinq dərsliklərinin əsas qaynağı kimi istifadə olunur. Onun
nəzəriyyələri şirkətlərin müştəriyönümlü strategiyalar qurmasına və qlobal bazarlarda
rəqabət üstünlüyü əldə etməsinə imkan yaradır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
“Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər
vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol