CQBK-nin genişləndirilməsi layihəsi davam etdirilir

15:07 | 22.08.2016
CQBK-nin genişləndirilməsi layihəsi davam etdirilir

CQBK-nin genişləndirilməsi layihəsi davam etdirilir

"Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan hissəsi üçün lazım olan boru tədarükünün hamısı artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Göyçayda ikinci üfüqi istiqamətdə qazma işləri də ilin ikinci rübündə tamamlanıb".

ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Məlumata görə, 2016-cı ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK)  üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrut boyu davam edib.

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib. Təqribən 129km uzunluğunda borular artıq qaynaq edilib, 112km boru örtüklənib və 85km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir.  Boru kəmərinin Azərbaycan hissəsi üçün lazım olan boru tədarükünün hamısı artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Göyçayda ikinci üfüqi istiqamətdə qazma işləri də ilin ikinci rübündə tamamlanıb.

"İkinci rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi və düzülməsi işləri davam edib. Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir və 52 kilometrə yaxın boru qaynaq edilib, 28 kilometrdən çox boru örtüklənib, 17 kilometrə yaxın boru isə xəndəyə endirilib. Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 57%, 2-ci kompressor stansiyasında isə 29% tamamlanıb. Ölçmə stansiyasının tikintisi 36% tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir" - deyə məlumatda bildirilib.
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM