Daha iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək

11:40 | 22.08.2016
Daha iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək

Daha iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək

 Bu gündən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərin qorunan əmanətçilərinə kompensasiya ödəməyə başlayacaq.

 "Report" xəbər verir ki, əmanətçilərə kompensasiyaların ödəniş yeri haqqında məlumat veriləcək.

Xatırladaq ki, "Qafqaz İnkişaf Bankı" və "Atrabank"da sığorta hadisəsi ötən həftə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bankların müflis elan edilməsi barədə qəbul etdiyi qərardan sonra baş verib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM