Direktor nişanlı şagirdinin intiharından DANIŞDI: "Yeznələrinin telefonu ilə..."

14:09 | 21.01.2020
Direktor nişanlı şagirdinin intiharından DANIŞDI:

Direktor nişanlı şagirdinin intiharından DANIŞDI: "Yeznələrinin telefonu ilə..."

İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib.  İntihar edən qızın nişanlı olduğu bildirilir. 

Hadisə ilə bağlı Unikal.org-a açıqlama verən Otuziki kənd məktəbinin direktoru Balanisə Quliyeva mərhumun 11-ci sinif şagirdi olduğunu bildirib:

"Ailədə beş qız, bir oğlan övladları var. Sakit, ağıllı, tərbiyəli şagirdlərdən olub. Onun nişanlı olduğunu biz heç bilmirdik.
 
Vəfat edəndən sonra bilmişik ki, o, xalası oğlu ilə nişanlı olub.
 
Niyə intihar etdiyi bilinmir. Hadisə baş verən gün bacısıgilə gedib. Bacısının həyat yoldaşının telefonu ilə kiməsə zəng edib danışıb. Sonra evlərinə gedərək hamamda özünü trosla asıb. Prokuorluqda cinayət işi açılıb, araşdırma aparılır".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb