“Dünya çempionatına gəlməyin! - FOTOLAR

20:37 | 27.01.2014
“Dünya çempionatına gəlməyin! - FOTOLAR

“Dünya çempionatına gəlməyin! - FOTOLAR

Braziliyada əhalinin müəyyən hissəsi dünya çempionatının öz ölkələrində keçirilməsini istəmir.Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, on minlərlə insan böyük turnirin Braziliyada təşkil olunmasına narazılıqlarını bildirmək üçün küçələrə yığışıb.Hətta etirazlar elə səviyyəyə çatıb ki, aksiya iştirakçılarından birinin atdığı partlayıcı maddə nəticəsində şəxsi avtomobillərdən biri yanıb. Maşının içində qalan ailənin həyatı çətinliklə qurtarılıb.Aksiya iştirakçıları Braziliyaya gəlmək istəyən xarici azarkeşlərdən bu fikirlərindən vaz keçmələrini istəyib. Onlar mundialın gedişatı zamanı da etiraz tədbərlərini davam etdirəcəklərini bildiriblər.Xatırladaq ki, braziliyalılar xalqın böyük hissəsinin yoxsul olduğu zamanda DÇ-2014-ə yüksək məbləğdə pul xərcləməsinə qarşı çıxır.Qeyd edək ki, dünən dünya çempionatı üçün hazırlanan "Arena das Sunas" stadionun açılışı olub. İki liqa matçının oynanıldığı arenada hər hansı bir problem yaşanmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM