Dünyanın 31 ölkəsi İŞİD-ə dəstək verir

14:06 | 23.06.2014
Dünyanın 31 ölkəsi İŞİD-ə dəstək verir

Dünyanın 31 ölkəsi İŞİD-ə dəstək verir

Qərb mətbuatının verdiyi məlumata görə, İraq-Şam İslam Dövlətinə (İŞİD) dünyanın bir çox ölkəsindən maddi dəstək verilir.
 
Axar.az xəbər verir ki, araşdırma nəticəsində İŞİD terror təşkilatına dünyanın 31 ölkəsindən 131 siyasi, dini və böyük biznes sahiblərinin maliyyə dəstəyi verdiyi ortaya çıxıb.
 
Araşdırmadan o da məlum olub ki, İŞİD-ə dəstək verənlər arasında İraqın 12 siyasi və dini xadimi də var.
 
Qeyd edək ki, Amerika Dövlət Katibliyinin ötən ayın əvvəllərində verdiyi hesabatda İŞİD terror təşkilatına maliyyə dəstəyi verənlərin arasında Səudiyyə Ərəbistanı Krallığının 28 mənsubunun adı da yer almışdı.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM