Dünya şəhərləri: Sankt-Peterburq – FOTOREPORTAJ

14:50 | 06.07.2015
Dünya şəhərləri: Sankt-Peterburq – FOTOREPORTAJ

Dünya şəhərləri: Sankt-Peterburq – FOTOREPORTAJ

Rüstəm Qasımov

Mədəniyyət, elm, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını dünyanın ən maraqlı və gözəl şəhərləri ilə tanış etməkdə davam edir. 

Növbəti fotoları bizim daimi oxucumuz Nigar Mustafayeva dünyanın ən maraqlı və gözəl şəhərlərindən biri olan Sankt-Peterburqdan çəkib göndərib. 

Rusiyanın mədəni paytaxtı hesab edilən Sankt-Peterburq Rusiya Federasiyasının şimal-qərbində, Fin körfəzinin sahilində, Neva çayının mənsəbində yerləşir. 

Şəhər 1703-cü ilin 16 (27) mayında I Pyotr tərəfindən salınıb. 1712-1918-ci illərdə Rusiya dövlətinin paytaxtı olub.   

Qeyd etmək lazımdır ki, Sankt-Peterburq bir milyondan yuxarı əhalisi olan yeganə şəhərdir ki, dünyanın ən şimalında yerləşir. Avropanın ən çox məskunlaşan şəhərləri arasında Sankt-Peterburq üçüncüdür, qeyri-paytaxt şəhərləri arasında isə birincidir. 

Sankt-Peterburq Rusiyanın vacib iqtisadi, elmi və mədəni mərkəzlərindən biri, nəhəng ticarət qovşağıdır. Sankt-Peterburqun tarixi mərkəzi və onunla əlaqədar olan tarixi abidələr YUNESKO-nun bəşəriyyət irsi siyahısına daxildir. Bu, ölkənin ən böyük turizm mərkəzlərindən biridir. Hər il dünyanın hər bir bucağından milyonlarla turist şəhərin tarixi abidələrini, gəzməli-görməli yerlərini görmək üçün Sankt-Peterburqa axışırlar. 2012-ci ilin göstəricilərinə görə, Sankt-Peterburq Avropa şəhərləri arasında turistlərin ən çox ziyarət etdiyi şəhərlər arasında ilk onluqda olub (2010-cu ildə 7-ci pillədə qərarlaşıb), dünyada isə ilk 20-likdə. 

2010-cu ildə Sankt-Peterburqu 2.3 milyon xarici, 2.8 milyon yerli turist ziyarət edib. Şəhərdə irili-xırdalı, 27 min nömrədən ibarət otel fəaliyyət göstərir. Şəhərin şərqindəki Vasilyevsk adasında yeni və böyük sərnişin limanının salınmasıyla və qısamüddətli turist ziyarətləri üçün viza rejiminin ləğv olunmasıyla, Sankt-Peterburq Avropanın ən böyük kruiz turizmi şəhərlərindən birinə çevrilib. 

Şəhərin ən vacib mədəni-turizm obyektlərinə misal kimi Ermitajı, Kunstkameranı, Marinski teatrını, Rusiya milli kitabxanasını, Rus muzeyini, Peteropavlovsk qalasını, İsakievski kilsəsini, müqəddəs apostol Pyotr və Pavel kilsələrini göstərmək olar. Şəhərin tarixi-mədəni abidələrini qorumaq üçün xüsusi proqram qəbul edilib. Sankt-Peterburqun Rusiyada və xaricdə təbliğatını aparmaq üçün milyonlarla rubl dəyərində reklam piarları həyata keçirilir. 

ANN.Az redaksiyası bütün oxucularına öz təşəkkürünü bildirir və onları aktiv olmağa, maraqlı anları çəkib bizə yollamağa çağırır. Dünyanın müxtəlif ölkələrində olduğunuz zaman çəkdiyiniz şəkilləri bizə göndərin, biz onları müəllifin adını qeyd etməklə yayımlayacağıq. 

Fotoların müəllifi: Nigar Mustafayeva 
 























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb