Bakıda liftlərdə xüsusi cihazlar quraşdırılacaq

Bakıda yaşayış binalarının liftlərində xüsusi cihazların quraşdırılması nəzərdə tutulur.
ANN.Az xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə bildirib.
Cihazların quraşdırılması liftlərdə mümkün nasazlıqlara nəzarət etmək məqsədi daşıyır.
Mənbənin sözlərinə görə, hər hansı bir nasazlıq yarandığı halda, cihazlar avtomatik olaraq məlumatı (evin ünvanı) mərkəzi idarəetmə sisteminə ötürəcək.
Cihazlar uğurla sınaqdan keçirilib və yaxın günlərdə "Bakı Lift-Təmir” İstehsalat Birliyinə təklif ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir























