• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə ev alan Azərbaycanlıların sayı açıqlandı

Türkiyədə ev alan Azərbaycanlıların sayı açıqlandı
02.02.2017 10:39
2016-cı ildə Azərbaycan vətəndaşları Türkiyədə ümumilikdə 280 247 m² həcmi olan 724 mənzil alıblar.

ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin mənzil bazarı araşdırması ilə məşğul olan "EVA Gayrimenkul Değerleme” şirkətinin hesabatında deyilir.
 
Məlumata görə, 2015-ci ildə azərbaycanlılar qardaş ölkədə ümumi ərazisi 127 172 m² olan 864 ədəd əmlak alıb ki, bu da bir ildə mənzil həcminə görə 153 075 m² və ya 12,04% çoxdur. Alınan mənzillərin sayında isə 140 ədəd və ya 16,20% azalma qeydə alınıb.
 
Ötən il Türkiyədə daşınmaz əmlak alan əcnəbilərin sayına görə tərtib olunmuş siyahıda birinci yerdə Səudiyyə Ərəbistanı qərarlaşıb. Bu ölkənin vətəndaşları Türkiyədə 782 674 m² həcmində 1 827 mənzil alıblar. Almaniya vətəndaşları 649 254 m² həcmində 1 474 ədəd, Böyük Britaniyalılar 557 706 m² həcmində 2 556 ədəd, Küveytlilər 480 135 m²-lik 1 749 ədəd ev alıb.
 
Ötən il iraqlılar ümumi sahəsi 269 640 m² olan 3726 ədəd, Rusiya vətəndaşları 201 538 m² həcmində 1 449 ədəd, Livan vətəndaşları 175 602 m²-lik 191 ədəd, Şimali Kipr Türk Respublikasının vətəndaşları 172 382 m² olan 180 ədəd, Əfqanıstan vətəndaşları isə 145 127 m² olan 1 623 əmlak sahibi olub.
 
"EVA Gayrimenkul Değerleme' şirkəti əcnəbilərin Türkiyədə aldıqları ev və əmlakları şəhərlər üzrə də qruplaşdırıb. Əgər 2015-ci ildə əcnəbilər Muğla, İstanbul, Antalya, Bursa, Kocaeli, Yalova, Ankara, Aydın, Sakarya və Biləcik şəhərlərində ev alırdısa, 2016-cı ildə bu siyahıda Muğla, İstanbul, Antalya, Bursa, Yalova, Sakarya, Kocaeli, Adana, Aydın və Samsun şəhərləri qərarlaşıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox