• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ dolların bahalaşmasında maraqlı deyil

ABŞ dolların bahalaşmasında maraqlı deyil
02.02.2017 11:05
ABŞ Federal Ehtiyat Sisteminin (FRS) dünən, fevralın 1-də bitən 2 günlük iclasında uçot dərəcəsinin artırılması üçün əsas şərtin inflyasiyaya bağlı olduğu açıqlanıb. 
 
Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, iclasın yekunları ilə bağlı açıqlamalarında FRS rəhbəri Canet Yellen əmək bazarının iş yerlərinin artmasından məmnun olduğunu, iqtisadiyyata inamın yüksəldiyini, inflyasiyanın isə hədəf 2% səviyyəsindən hələ də aşağı qaldığını bildirib. Yellen yanvar ayındakı çıxışında uçot dərəcəsinin təcili şəkildə artırılaraq inflyasiyanın sürətinin yavaşlatmaq zərurətindən danışdığı halda, dünənki çıxışında inflyasiya hədəfinə çatmaq lazım olduğunu deyib. Yüksələn neft qiymətləri amili və yeni tətbiq olunması gözlənilən idxal gömrük rüsumlarının inflyasiyanı sürətləndirəcəyi fikri isə vurğulanmayıb. Nəticədə, dollar digər valyutalarla müqayisədə ucuzlaşıb. Lakin buna ABŞ-da açıqlanan özəl sektor əmək bazarında yeni iş yerlərinin sayının 246 min nəfər artması ilə bağlı göstəricinin açıqlanması mane olub. Belə ki, bu göstəricinin 165 min nəfər artacağı proqnozlaşdırılırdı.
 

"Report"un analitik qrupu FRS rəhbərinin, eləcə də ABŞ presidenti və onun müşavirinin son günlərdə daha ucuz dollar arzu etdikləri ilə bağlı açıqlamaları dolların hazırkı məzənnəsinin məqbul olduğunu göstərir. Belə ki, uçot dərəcəsinin artırılması gözləntiləri ilə güclənmək istəyən dolların bahalaşmasının qarşısı cür açıqlamalarla alınır. Yəni, uçot dərəcəsi hətta 2,5% səviyyəsinə qədər artırılarsa, əsas valyuta cütlüyü - USD/EUR-un əsaslı şəkildə paritetdən aşağı düşməsinin arzu olunmadığını göstərir. Analitik qrup dolların məzənnəsinin yaxın iki ildə əsas valyutalarla müqayisədə cari səviyyədə qalacağını, möhkəmlənmənin isə sonrakı mərhələdə davam edəcəyini proqnozlaşdırır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox