• $
  • €
  • ₽
  • ₺
  • £

FED-in qərarı dolları ucuzlaşdırır

FED-in qərarı dolları ucuzlaşdırır
02.02.2017 12:30
Bugünkü ticarət sessiyasında dolların indeksi 0,1% zəifləyərək 99,505 bənd səviyyəsinə çatıb.
 
Bununla da dolların indeksi 7 həftəlik minimuma, 99,430 bənd səviyyəsinə yaxınlaşır. Avro dollara nisbətdə 0,2% bahalaşaraq 1,0785 dollar səviyyəsinə çatıb.
 
Dollar Yaponiya yeninə qarşı 0,5% zəifləyərək 112,65 yenə çatıb. Bununla belə, dolların yenə qarşı məzənnəsi dekabrın 31-də qeydə alınmış minimum göstəricidən, 112,08 yendən yüksək olub.   
 
Dolların ucuzlaşmasına ABŞ-ın Federal Ehtiyat Sisteminin ötən gün Amerika iqtisadiyyatı ilə bağlı optimist məlumatları səbəb olub. FES növbəti faiz artımı barədə açıq siqnal verməsə də iş yerlərinin artdığını, inflyasiyanın sürətləndiyini və iqtisadiyyata inamın yüksəldiyini bəyan edib. Bununla belə tənzimləyicinin nümayəndələri inflyasiyanın səviyyəsinin hələ də aşağı olduğunu qeyd ediblər. Qeyd edək ki, bir qədər əvvəl FES bu il üç dəfə faiz artımına gedəcəyini bəyan edib. İqtisadiyyatın canlanması bu prosesi təşviq edə bilər. Amma bazar iştirakçıları FES-in iyun ayına qədər uçot dərəcələrinin qaldırması ehtimalını 50%-dən aşağı olduğunu bildirir. //APA-Economics

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox