• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişıq”: 5700 məcburi köçkün evinə sayğac quraşdırılıb

“Azərişıq”: 5700 məcburi köçkün evinə sayğac quraşdırılıb
02.02.2017 19:36
Pirşağı qəsəbəsində yerləşən "Qızılqum” sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə "Azərişıq” işçiləri arasında dava düşməyib. Yüzə yaxın əməkdaşımızın "Qızılqum” və "Gilavar” sanatoriyalarında olmaları haqqında məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, belə məlumatların yoxlanılmadan yayılması təəssüf hissi doğurur. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq halları ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılaraq, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair "Azərişıq” ASC-nin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilir.

Azərbaycan Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə "Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılib.

Məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir. Bakının Yasamal, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, Nizami, Binəqədi və Nərimanov rayonlarında, Aran və şimal regionlarında yataqxanalarda yaşayan məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir. Son bir neçə gündə artıq 5700 məcburi köçkün evlərinə sayğac quraşdırılıb. Qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılıb, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox