• $
  • €
  • ₽
  • ₺
  • £

Uçot dərəcəsi artırılacaqmı? - Mərkəzi Bankdan cavab

Uçot dərəcəsi artırılacaqmı? - Mərkəzi Bankdan cavab
02.02.2017 16:16
Əvvəlki illərdə olduğu kimi, cari ildə də uçot dərəcəsi makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya riskləri, maliyyə bazarlarında gedən proseslər və bank sektorunun likvidlik mövqeyi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

ANN.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd olunub ki, uçot dərəcəsində dəyişiklik olduğu təqdirdə ictimaiyyət bu barədə məlumatlandırılacaq:

"Mərkəzi Bank rəhbərliyinin bank ictimaiyyəti ilə müntəzəm görüşlərində bank sisteminin likvidlik mövqeyi və Mərkəzi Bankın pul siyasəti alətlərinin təkmilləşdirilməsi məsələləri də müzakirə olunur. Xatırladaq ki, Mərkəzi Bankın likvidlik alətləri üzrə faiz dərəcələri "faiz dəhlizi” çərçivəsində müəyyənləşdirilir. Vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edərək bankların təşəbbüsü ilə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş faiz dərəcələri ilə həyata keçirilir".

AMB-dən bildirilib ki, vəsaitlərin cəlb olunması məqsədilə çərçivə əməliyyatları (1-7 günlük REPO) faiz dəhlizinin aşağı həddi (hazırda 12%) ilə aparılır:

"Vəsaitlərin yerləşdirilməsi məqsədilə əməliyyatlar isə (1-7 günlük əks-REPO) faiz dəhlizinin yuxarı həddi ilə (hazırda 18%) aparılır. Açıq bazar əməliyyatları isə Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilir. Bu zaman vəsaitlərin cəlb olunması üçün nəzərdə tutulan açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. Belə əməliyyatlara hərraclar vasitəsilə depozitlərin cəlb edilməsi, habelə Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası aiddir. Vəsaitlərin yerləşdirilməsi üçün nəzərdə tutulan, yəni emissiya xarakterli açıq bazar əməliyyatları isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox