Mərkəzi Bankın valyuta ehtiyatları artdı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il aprelin 1-nə 4 mlrd. 432,7 mln. ABŞ dolları təşkil edib.
ANN.Az-ın məlumatına görə, "Report” AMB-yə istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 63,4 mln. dollar və yaxud 1,5% çoxdur.
İlin əvvəli ilə müqayisədə qurumun valyuta ehtiyatları 458,3 mln. dollar və yaxud 11,5%, son 1 ildə isə 366,9 mln. dollar və yaxud 9% artıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir























