• $
  • €
  • ₽
  • ₺
  • £

Zirə-Türkan avtomobil yolu bərpa olunur

Zirə-Türkan avtomobil yolu bərpa olunur
04.04.2017 16:21
Bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası layihələr çərçivəsində Zirə-Türkan avtomobil yolunun bərpası işlərinə başlanılıb.
 
"Azəravtoyol” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, sözügedən yolun uzunluğu 7,1 km-dir. Bunun 5,1 km-lik hissəsi çınqıl və torpaq örtüklüdür.
 
Zirə-Türkan avtomobil yolunu hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1,5 metr çiyin hissələr də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə kənarlarda 1,5 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub. Hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5 – 1 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilir.
 
Bundan başqa, kommunikasiya xətləri köçürülür, maneələrin söküntüsü işləri aparılır. Daha sonra yol əsasının tikintisi işləri aparılacaq. Bura 25 sm karbonat-qırmadaş qarışığından ibarət əsasın alt layı, 12 sm qalınlığında isə optimal-qırmadaş qarışığından ibarət əsasın üst layı daxildir. Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanması işləri aparılacaq. Yolun 50 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək.
 
Layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulacaq, hərəkətin normal təşkili üçün 50 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq. Həmçinin yolun işıqlandırılmasını təmin etmək məqsədi ilə 185 ədəd işıq dirəyi quraşdırılması işləri aparılacaq.
 
Qeyd edək ki, Zirə-Türkan yolunun bərpası iki yaşayış məntəqəsinin 23,9 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdıracaq. Ən əsası vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 km-ə yaxın qısaltmış olacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox