• $
  • €
  • ₽
  • ₺
  • £

Neftə dair “qırmızı xətt” təhlükəsi: Qiymətlər niyə enir?

Neftə dair “qırmızı xətt” təhlükəsi: Qiymətlər niyə enir?
05.05.2017 12:40
"Qlobal neft bazarı yenidən çalxalandı. Bu il ilk dəfə olaraq Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşdü. 

Əslində, son 2 ayda dünya neft bazarındakı balans "qara qızıl”ın qiymətinin azalacağına işarə verirdi”.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

"OPEK-in hasilatın azaldılması ilə bağlı razılaşması artıq bazara təsir imkanları məhdudlaşmaqdadır.

Qiymət azalmalarında əsas səbəblər nədir? Əvvəla, hasilatın azaldılması OPEK və eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən də Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırmaqdadırlar. 

ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirməkdədir. İkincisi, şist neftin maya dəyəri aşağı düşdükcə, OPEK-in bazara təsir imkanları azalır. Bir neçə il öncə hər barelinin maya dəyəri 65 dollara başa gələn şist neftin xərci artıq 35 dollara yaxınlaşır.

Bu isə o deməkdir ki, şist neft bazarda "əsas rəqib” statusunu gücləndirməkdədir. Üçüncüsü, Səudiyyə Ərəbistanının bazarda kiçilən mövqeyi İran və İraq tərəfindən tutulmaqdadır. 

Gündəlik hasilatını 486 min barel azaldaraq 10,4 milyon barelə düşürən Səudiyyə gündəlik 4,351 milyon barel istehsalı olan İraq və gündəlik hasilatı 3,797 milyon barelə çatdıran İranın bazar payının artmasında maraqlı görsənmir.

Dördüncüsü, gündəlik 2,2 milyon barel hasilatı olan Nigeriya istehsalı 1 il sonra 2,5 milyon barelə çatdırmaq niyyətindədir. 

Liviya gündəlik hasilatı 700 min barelə çatdırıb və il ərzində əlavə yarım milyon barel gündəlik hasilat da hədəfləyir. 

Bunlar isə neft bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərməkdədir. Beşincisi, "Saudi Armako” şirkəti 2018-ci ildə Muajjiz yatağından neft hasilatını artırmağı planlaşdırır ki, bu da sözügedən ölkənin gündəlik hasilatını 15 milyon barelədək yüksəldə bilər. 

Nəhayət, OPEK hasilatın azaldılması ilə bağlı anlaşmanı uzatsa da belə, bunun uzunömürlü olacağı gözlənilmir. Artıq ölkələr bazar payının itirməkdən ehtiyatlanırlar.

Bir haşiyə çıxım ki, ötən ilin aprel ayında Vyanada OPEK-nin baş katibi ilə görüşəndə o bildirdi ki, təşkilat qiymətin yaxın illərdə hər barel üçün 55-60 dollardan çox olacağını gözləmir. 

Onun fikrincə, yüksək qiymət daha çox şist neft hasilatı və potensial kəskin qiymət azalmaları deməkdir.

Hansı halda neft bazarında vəziyyət stabilləşə bilər? OPEK hasilatın azaldılması ilə bağlı anlaşmanın ən azı birinci mərhələdə nəzərdə tutulan müddət qədər uzadarsa, o halda qiymət stabilliyi müşahidə edilə bilər. Amma uzunmüddətli qiymət stabilliyinə nail olmaq çox çətin görsənir.

Neft ölkələri və eləcə də Azərbaycan üçün bu xammalın dünya bazar qiyməti olduqca vacibdir. Doğrudur, son 3 ildə Azərbaycan iqtisadiyyatı neftin mövcud qiymətlərinə transformasiya olunub. 

Əslində, neftin bir barelinin 50 dollar olması da ölkəmiz üçün uyğundur. Amma ən vacibi, təbii ki, qiymət stabilliyidir. 

Qırmızı xətt isə neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər. Azərbaycanın gündəlik neft ixracatı 596 min bareldir. 

Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, gündəlik neft ixracatından Azərbaycana daxil olan vəsaitin həcmi kiçik kənarlaşmalar ilə istehsal və daşınma xərcləri də daxil olmaqla 29 milyon dollardır. Bu vəsaitin orta hesabla 75%-i Azərbaycan dövlətinə çatır. 

Deməli, neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik 1 milyon dollardan artıq fərq deməkdir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox