• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Naxçıvanla ticarət əlaqələrini genişləndirir

Türkiyə Naxçıvanla ticarət əlaqələrini genişləndirir
05.05.2017 20:20
Naxçıvan məhsullarının Türkiyəyə ixracının artırılması barədə ilkin razılıq əldə olunub

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyi, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyi vurğulanıb.

Ş.Mustafayev qeyd edib ki, Türkiyə Azərbaycanın ən çox investisiya yatırdığı ölkədir və indiyədək bu qardaş ölkəyə 9 mlrd. dollar investisiya yatırılıb. Türkiyə Azərbaycan iqtisadiyyatına 11 mlrd. dollar investisiya qoyub.

 Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin sayına görə də Türkiyə birincidir. Ölkəmizdə 2900-dən çox türk şirkəti fəaliyyət göstərir. Türkiyədə isə 2000 yaxın Azərbaycan şirkəti qeydiyyatdan keçib.
 
E.Özoral ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialı vurğulayaraq, əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd edib.
 
Görüşdə Azərbaycan və Türkiyə, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə ticarət əlaqələrinin genişləndirilməsi, Naxçıvan məhsullarının Türkiyəyə ixracının artırılması barədə müzakirələr aparılıb və ilkin razılıqlar əldə edilib. Vurğulanıb ki, bu məqsədlə may ayında Türkiyə nümayəndə heyəti Azərbaycana gələcək, səfər zamanı görüşlər keçiriləcək və müzakirələr aparılacaqdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox