• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan geoloq və qazmaçıları növbəti uğura imza atıblar

Azərbaycan geoloq və qazmaçıları növbəti uğura imza atıblar
06.10.2017 22:30
SOCAR-ın Kompleks Qazma İşləri Tresti "Azneft” İstehsalat Birliyinin sifarişi ilə həyata keçirdiyi axtarış-kəşfiyyat və istismar qazma işlərini uğurla davam etdirir, neft-qaz hasilatının sabit saxlanılması üçün mühüm işlər görür. Trend SOCAR-a istinadən məlumat verir ki, trest bu günlərdə "Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərini vaxtından əvvəl başa çatdırmış və sifarişçiyə-"Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə təhvil verib.

Bu, Azərbaycan geoloq və qazmaçılarının dünya miqyaslı nailiyyəti kimi qiymətləndirilir. Quyuda qazma işlərinə cari ilin yanvar ayında başlanılıb, qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edilib. Qazmaçıların faziləsiz və gərgin əməyinin nəticəsi olaraq quyu layihə dərinliyinə - 6153 metrə çatdırılıb, layihə horizontu tam açılıb. Geoloji mürəkkəb kəsilişə (müxtəlif lay təzyiqlərinə) malik olan bu quyuda V və VII horizontların birlikdə qazılması və 1 kəmərlə hər iki horizontun bağlanması mümkün olmuş, anomal yüksək lay təzyiqli VIII horizontun uğurla qazılaraq mənimsənilməsinə nail olunub. Qazma prosesində SOCAR-ın Baş ofisinin, Neftqaztikinti Trestinin, Neftqazelmitədqiqatlayihə İnstitutunun, və "Azneft” İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə görülmüş tədbirlər öz bəhrəsini verib. 5 noyabr 2017-ci ildə perforasiya işləri aparılmış və quyu məhsuldar qatın VIII horizontundan, 6057-6097 metr intervaldan ilkin olaraq sutkalıq 180-200 ton kondensat və 800 000 kubmetr qaz hasilatı ilə istismara verilib.

Qeyd edək ki, Azərbaycanda belə mürəkkəb quyular SOCAR-dan başqa heç bir neft şirkəti tərəfindən qazılmır. Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən "Bulla-dəniz” yatağının şimal-şərq qanadında (II tektonik blok) yerləşən 122 nömrəli özüldən indiyədək 124 və 125 nömrəli quyular qazılaraq istismara verilib. Əldə edilmiş yüksək məhsuldarlıq gələcəkdə bu özüldən əlavə quyuların qazılmasına zəmin yaradır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol