• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi keçirilir

Kapital Bank-ın dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi keçirilir
09.06.2023 12:24
Ölkə bankları arasında hər zaman sahibkarlara dəstək göstərən, onlara sərfəli şərtlər əsasında müxtəlif kreditlər, kampaniyalar və güzəştlər təqdim edən Kapital Bank sahibkarlığın inkişafı istiqamətində daha bir tədbirin keçirilməsinə dəstək göstərib. 8-10 iyun 2023-cü il tarixlərində Baku Crystal Hall-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı və Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə "Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi keçirilir.

Sərginin açılış mərasimində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə və digər rəsmi qonaqlar iştirak ediblər. 

"Kapital Bank hər zaman sahibkarlığın inkişaf etdirilməsini, müxtəlif sahələr üzrə dəstək tədbirlərinin və kampaniyaların keçirilməsini prioritet sahələrdən hesab edib. İl ərzində bankın dəstəyi ilə müxtəlif görüşlər, tədbirlər, konfranslar və digər əhəmiyyətli tədbirlər keçirilir. Yerli şirkətlərin iştirak etdiyi bu tədbir də ölkədə sahibkarlığını, biznes mühitinin inkişafına öz töhfəsini verəcək. Kapital Bank olaraq gələcək illərdə də bu sahəyə diqqət yönəltməyi planlaşdırırıq”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə bildirib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin məqsədi Ulu Öndərin ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol