• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı
26.11.2024 18:45
Ölkənin birinci bankı Kapital Bank nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər üçün Yeni il öncəsi xüsusi kampaniya həyata keçirir. Belə ki, 15 yanvar 2025-ci ildədək Kapital Bank-da manat valyutasında depozit yerləşdirən hər kəs 6 aylıq müddətə illik 11%-dək gəlir əldə edəcək.

Bunun üçün ən yaxın Kaptal Bank filialına yaxınlaşmaq və ya Birbank mobil tətbiqində Rəqəmsal depozit yerləşdirmək kifayətdir. Filialda yerləşdirilən depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.
 
Ətraflı məlumat üçün:  https://kbl.az/dyobfp
Rəqəmsal depozitdə isə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1manat olamqla istənilən məbləği depozit olaraq yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən Rəqəmsal depozitdən istifadə etmək üçün Birbank mobil tətbiqində "Daha çox” bölməsindən "Depozitlər”i seçməli və "Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir.
 
Ətraflı məlumat üçün: https://kbl.az/prdd
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk,  Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol