Ermənilər çobanlarımızı atəşə tutdu: təlafat var

17:49 | 18.12.2013
Ermənilər çobanlarımızı atəşə tutdu: təlafat var

Ermənilər çobanlarımızı atəşə tutdu: təlafat var

Bu gün saat 15:30 radələrində Ermənistan silahlı birləşmələri işğal altında olan Talış kəndində yerləşən mövqelərindən Respublikamızın Tərtər rayonunun cəbhə xəttində yerləşən Çaylı kəndini atəşə tutublar.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, otlaqlarda qoyun otaran çobanlar atəşə məruz qalıb. Nəticədə Çaylı kənd sakini Etibar Şahvələdova məxsus 9 baş xırda buynuzlu mal-qara tələf olub.Saat 16 radələrində isə Tərtər rayonun təmas xəttində yerləşən Qapanlı kəndi işğal altında olan Seyid Suman kəndi ərazisindən atəşə tutulub. Atla əkin sahəsindən qayıdan sakinlərdən biri atəşə məruz qalıb. Xoşbəxtlikdən güllə sakinə dəyməyib. At isə güllə zərbəsi alıb. Hadisə nəticəsində sakinlər arasında hələ ki ölən və yaralananın olmadığı bildirilir.Cəbhə xəttində nisbi sakitlikdir. Tək-tək silah səsləri eşidilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb