Ermənistanın Müdafiə Nazirliyində yeni təyinatlar

11:05 | 30.08.2017
Ermənistanın Müdafiə Nazirliyində yeni təyinatlar

Ermənistanın Müdafiə Nazirliyində yeni təyinatlar

Ermənistanın Müdafiə Nazirliyinin Hərbi Tibb Şöbəsinin rəisi Kamavor Xaçatryan tutduğu vəzifədən azad edilərək silahlı qüvvələrin baş cərrahı təyin edilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Hərbi Tibb Şöbəsinin rəisi vəzifəsinə hərbi hospitalın reanimasiya şöbəsinin müdiri Qayane Hovhannisyan gətirilib.

Məlumatlara görə, Kamavor Xaçatryan korrupsioner fəaliyyətinə görə işdən çıxarılıb.

Xatırladaq ki, daha öncə Mərkəzi hərbi hospitalın rəisi Aram Asaturyan da korrupsiya əməllərinə görə işdən çıxarılmışdı.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb