Ermənistanın təcridini nə artırır?

20:47 | 03.03.2016
Ermənistanın təcridini nə artırır?

Ermənistanın təcridini nə artırır?

Rusiya ilə təhlükəsizlik sahəsində əlaqələr Ermənistanın regiondan təcridini gücləndirir. Bu başlıqlı məqaləni «World Politics Review» dərc edib. Ötən ay Rusiya Ermənistana silah almaqdan ötrü 200 milyon dollarlıq kredit ayırdığını elan edib. Xarici Siyasət üzrə Araşdırma İnstitutundan Michael Cecire deyir ki, Rusiya-Ermənistan əlaqələrinin güclənməsinin bir səbəbi Türkiyə-Rusiya böhranıdır.

«200 milyon dollarlıq silah krediti açıqlaması Azərbaycanın müdafiə xərclərini azaltmaq planlarına ziddir, eyni zamanda, regionda güc balansına elə də yaxşı təsir göstərmir. Bu, Ermənistan-Rusiya hərbi əməkdaşlığında da yeni bir eranın başlanması demək deyil», - Cecire deyir.

Təhlilçinin fikrincə, Rusiya Ukrayna və Suriyada ciddi resurslar xərcləyib. Hər iki ölkədə Rusiyanın hərbi əməliyyatları ermənilərə əzəmətli bir siqnal vermiş olub – Rusiya etibarlı müttəfiqdir:

«Ancaq Rusiya ordusu imkanlarından maksimum istifadəyə məcbur olub. Azərbaycanla Ermənistan genişmiqyaslı müharibəyə başlasalar, Rusiyanın Ermənistanın köməyinə dərhal gəlməyə resursu yetməyə bilər. Ukrayna və Suriya meydanından qüvvələrin bir hissəsinin Ermənistana cəlbi çətin olacaq və vaxt aparacaq».

«Hələ Türkiyə, İran, yaxud başqa bir ölkənin müdaxiləsi formasında xarici faktoru nəzərə almırıq. Bu halda Moskvanın Yerevanla saziş öhdəliklərinə problem yaranır. Bundan əlavə, Rusiya Ukrayna və Suriyada iştirakını artırdıqca, Azərbaycanla münasibətlər istiləşib. Azərbaycan Qərbdən çox Rusiya və İrana yaxınlaşıb. Bu, Rusiyanın ermənilərin gözündə etibarlılığını daha da qəlizləşdirir».

Təhlilçinin fikrincə, Moskva-Ankara gərginliyi Türkiyə-Ermənistan münasibətlərində hər hansı normalaşmanı da çıxdaş etmiş olub. ABŞ və Avropada bəzi müşahidəçilər ümid edirdilər ki, bu əlaqələr normallaşsa, Ermənistan regional təcriddən qurtulmuş, Qərbə daha artıq inteqrasiya etmiş olardı. Ancaq Qərblə Türkiyənin Rusiya ilə münasibətləri gərginləşdikcə, Ermənistan Rusiyanın bir bazasına çevrilib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb