Fatih Terim 21 nəfəri məhkəməyə verdi

16:34 | 23.06.2016
Fatih Terim 21 nəfəri məhkəməyə verdi

Fatih Terim 21 nəfəri məhkəməyə verdi

Türkiyə millisinin baş məşqçisi Fatih Terim gözlənilməz qərar verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə,  o, "Avro-2016”da uğursuz çıxışlarına görə sosial şəbəkələrdə ailəsini  təhqir edən 21 nəfəri məhkəməyə verib.

Vəkili vasitəsi ilə İstanbul məhkəməsinə şikayət ərizəsi təqdim edən Terim ailəsini təhqir edənlərin cəzalandırılmasını istəyib.

Qeyd edək ki, Türkiyənin İspaniyaya 0:3 hesabı ilə məğlub olduğu oyundan sonra sonra bir qrup azarkeş Fatih Terimin qızı Buse Terimi  "instagram" və "twitter" sosial şəbəklərində təhqir etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM