Gənc Tamaşaçılar Teatrında marketinq üzrə treninqlərə start verildi - Fotolar

14:22 | 15.10.2015
Gənc Tamaşaçılar Teatrında marketinq üzrə treninqlərə start verildi - Fotolar

Gənc Tamaşaçılar Teatrında marketinq üzrə treninqlərə start verildi - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin ilk treninqi baş tutub.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, treninq iştirakçılarını qəbul edib salamlayan teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov keçirilən treninqin məramı, məqsədi və teatrın struktur quruluşu, onun tarixi və fəaliyyət növləri haqqında məlumat verib.
 
Daha sonra teatr rəhbəri treninqlərdə marketinq fənnini tədris edəcək Beynəlxalq Treninq Mərkəzinin sədri, Beynəlxalq layihələr üzrə koordinator Şaiq Səfərovu iştirakçılara təqdim edib.
 
Bildirilmişdir ki, 1 həftə davam edəcək kurs teatr tarixi və teatrın struktur quruluşu sahəsi üzrə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, ədəbi-dram hissə müdiri Rafiq Rəhimli, marketinq üzrə isə Ş.Səfərovla yanaşı, İqtisad Universitetinin marketinq kafedrasının pedaqoqları tədris edəcəklər.
 
Məlumat üçün bildirək ki, kursları uğurla başa vuran mütəxəssislər Beynəlxalq Treninq Mərkəzinin, Dövlət Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin xüsusi sertifikatları və yüksək maaşla təmin olunacaqlar.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM