Xaricdə təhsil almaq istəyənlərə - ŞAD XƏBƏR

17:35 | 23.05.2019
Xaricdə təhsil almaq istəyənlərə  - ŞAD XƏBƏR

Xaricdə təhsil almaq istəyənlərə - ŞAD XƏBƏR

Gənclər Fondu "Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Müsabiqə” elan edir!

Anews.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnamə”sində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdirilməsi Fonda
həvalə olunmuşdur.
Bununla əlaqədar, bu gündən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqəyə start verir.

Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti üzrə magistr pilləsinə qəbul olmuş gənclər (16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları) Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Həmçinin, ABŞ və Böyük Britaniyanın ilk ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclər də nəqliyyat və yaşayış xərclərinin qarşılanması ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər.
Müraciətçilər prioritet ixtisasların siyahısı, seçim meyarları, müraciətin forma və şərtləri, tələb olunan sənədlər, müraciətə baxış mərhələləri, Gənclər Fondu tərəfindən qarşılanacaq xərclər barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərlər.

Məlumat üçün: https://youthfoundation.az/47742
Son müraciət tarixi: 23 iyun 2019-cu il, saat 18:00.
#AzGF #XaricdəTəhsil #GənclərFondu #youthfoundationaz

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb