Gömrük ölkəyə qanunsuz telefonların keçirilməsinin qarşısını alıb

11:25 | 12.09.2020
Gömrük ölkəyə qanunsuz telefonların keçirilməsinin qarşısını alıb

Gömrük ölkəyə qanunsuz telefonların keçirilməsinin qarşısını alıb

Baş Gömrük İdarəsinin əməkdaşları "Qırmızı Körpü" gömrük postunda telefonların qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıb.
Bu barədə anews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundakı soyuducuda yerləşdirilən yağ qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 10 ədəd "İphone 11" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb