Göyərti satan şəhid anası: "Övladımı vətənə qurban verdim..."-VİDEO

13:33 | 20.11.2020
Göyərti satan şəhid anası:

Göyərti satan şəhid anası: "Övladımı vətənə qurban verdim..."-VİDEO

Müəllif: Samirə Əliyeva 

1 həftə sonra Dostəli Məmmədovun qırxı çıxacaq. O, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. 22 yaşı vardı. Ailənin bircə övladı, nəslinin tək varisi idi. Müharibədən öncə anası ilə birgə göyərti sataraq evinə çörək aparırdı. İndi ana həm də öz dayağını itirib. Nənəsi onun qara daşına sarılır, öpür, ağı söyləyir. Gözlərində qəhər, hıçqıraraq "vətənə qurban verdik" deyir. Amma ürəyinin közünün soyumadığını görmək olurdu.


Yeni Suraxanı qəsəbəsinin yerli camaatı şəhidlərin fotolarını Azərbaycan bayrağı ilə birlikdə yaşadıqları binaların divarlarından asırlar. Bu günədək qəsəbəyə 5 şəhid gəlib. Sakinlər üçün onlar hər kəsə nümunə sayılacaq qəhrəmanlar hesab edilir.


Ətraflı videoreportajda:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb