İki futbol klubumuz avrokuboklardan imtina etdi

22:43 | 22.01.2018
İki futbol klubumuz avrokuboklardan imtina etdi

İki futbol klubumuz avrokuboklardan imtina etdi

Növbəti mövsüm iki futbol klubumuzun avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşib.

Oxu.Az-a "Kəpəz” klubundan verilən məlumata görə, Gəncə təmsilçisi 2018/2019 mövsümündə avrokuboklarda iştirak etmək üçün AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət etməyib.

Buna səbəb komandanın Premyer Liqada autsayder olmasıdır. Hazırda "Kəpəz” turnir cədvəlində yeddi xalla sonuncu pillədədir. Komandanı avrokuboklara vəsiqə verən IV pillədən 13 xal ayırır. Üstəlik, "Kəpəz” Avropa Liqasına vəsiqə verən ölkə kubokunda mübarizəni dayandırdığından klub avrokuboklar üçün lisenziya almağın mənasız olduğu və buna görə də ora müraciət etməmək qərarına gəlib.

Qeyd edək ki, növbəti mövsüm avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşmiş olan klub "Səbail”dir. UEFA qaydalarına görə, klub yaranmasından üç il keçdikdən sonra avrokuboklarda iştirak edə bilər. "Səbail” isə 2016-cı ildə yaradılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM