• $
  • €
  • ₽
  • ₺
  • £

İki icra başçısının seçki oyunbazlığı: Şəxsiyyət vəsiqələri toplanır

İki icra başçısının seçki oyunbazlığı: Şəxsiyyət vəsiqələri toplanır
22.01.2020 13:33
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov fevralın 9-da keçiriləcək parlament seçkilərinin saxtalaşdrılmasına hazırlıq görür.

Bu haqda "Olaylar” İnforrmasiya Agentliyi də məlumat yayıb. Həmin rayonlarla bağlı olan mənbələrdn bizə çatan məlumatlara görə, Malik İsaqov və Ramiz Həsənov idarə, müəssisə rəhbərlərindən, məktəb direktorlarından hər birinin 10 nəfərin şəxsiyyət vəqisəsini toplamağı və təqdim etməyi tələb edib.

 Ramiz Həsənov

Eyni zamanda həmin şəxslərə hədə-qorxu gəlinir, özü və yaxınları Yeni Azərbaycan Partiyasnın namizədinin xeyrinə səs verməyən idarə, müəssisə müdirlərinin, qohum-əqrəbasının işdən çıxarılacağı ilə hədələnirlər.

 Malik İsaqov

Məlumdur ki, Prezident İlham Əliyev ötən ilin dekabrında Milli Məclisin 5-ci çağırış tərkibini buraxarkən, parlamentin yenidən daha gənc, enerjili və hazırlıqlı şəxslərdən formalaşmasını nəzərdə tuturdu, Milli Məclisə yeni simaların gəlməsini istəmişdi.
 
Eyni zamanda Prezident seçkilərin tam demokratik keçiirlməsini təmin etmək barədə tapşırıq vermiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərinin seçkilərə müdaxilə edcəyi halda ciddi cəzalandırılacaqları barədə xəbərdarlıq etmişdi.
 
Ancaq Qubadlı və Zəngilan rayonları başçılarının seçkilərə yuxarıda qeyd olunan şəlidə müdaxilələri haqqnda iddialara inansaq, belə çıxır ki, Malik İsaqov və Ramiz Həsənov Prezident İlham Əliyevin iradəsinə qarşı getmiş olurlar.

Onu da xatırladaq ki, Ramiz Həsənov Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun qardaşıdır. Malik İsaqovun yaxını isı uzun illər Bakı şəhərində Hacıbala Abutalıbovun dövründə əmlak, tikintilərə sərəncam və sair məsələlərlə bağlı "qeyri-rəsmi yığımlara” nəzarət edən şəxs olub (etik mülahizəlrdən adını açıqlamırıq).

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Siyasət 23:47
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Siyasət 18:05
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
İlham Əliyev Türk Dövlətləri Təşkilatının tədbirində iştirak etməyəcək
Siyasət 16:09
İlham Əliyev Türk Dövlətləri Təşkilatının tədbirində iştirak etməyəcək
Nazir arxayınçılığa yol verilməməsini tələb edib
Siyasət 15:47
Nazir arxayınçılığa yol verilməməsini tələb edib
Vəzifəli şəxslər hər il bəyannamə təqdim edəcək - Elçin Nəsibov
Siyasət 13:05
Vəzifəli şəxslər hər il bəyannamə təqdim edəcək - Elçin Nəsibov

Ceyhun Bayramov Hakan Fidanla görüşüb
Siyasət 12:31
Ceyhun Bayramov Hakan Fidanla görüşüb
Şəxsi maraqlar vaxtında bəyan edilməlidir - komitə sədri
Siyasət 12:29
Şəxsi maraqlar vaxtında bəyan edilməlidir - komitə sədri
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Siyasət 11:31
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Ceyhun Bayramov Türkiyəyə səfər edib
Siyasət 11:20
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol