​İlham Əliyev: ""Cənub qaz dəhlizi" 2-3 ildən sonra işə düşəcək"

08:12 | 31.03.2016
​İlham Əliyev:

​İlham Əliyev: ""Cənub qaz dəhlizi" 2-3 ildən sonra işə düşəcək"

 "Cənub qaz dəhlizi" 2-3 ildən sonra işə düşəcək".

"Report" xəbər verir ki, bunu çərşənbə günü Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə görüşdən öncə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Biz ABŞ hökumətinə bu layihənin reallaşdırılmasında göstərdiyi qətiyyətli dəstəyə görə olduqca minnətdarıq. Biz irəliyə doğru gedirik, vaxtında çatdıracağıq, 2-3 ildən sonra "Cənub qaz dəhlizi" istismara veriləcək", - deyə o əlavə edib.

Prezidentin sözlərinə görə, bu layihə onun bütün iştirakçı və istehlakçıları üçün enerji təhlükəsizliyi, "uzunmüddətli mənfəət" və resursların şaxələndirilməsinin təmin olunmasına kömək edəcək.

Qaz dəhlizi Bakıdan İtaliyayadək təqribən 3,5 min km. uzanacaq və Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçəcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb