İran millisinin baş məşqçisi istefa verdi

12:04 | 26.06.2014
İran millisinin baş məşqçisi istefa verdi

İran millisinin baş məşqçisi istefa verdi

İran millisinin baş məşqçisi Karluş Keyruş tutduğu vəzifədən istefa verib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Keyruş DÇ-2014-ün F qrupunda Bosniya və Herseqovinaya 1:3 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib. 

Portuqaliyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında vəzifəsindən gedişini belə izah edib:

“İran yığmasını çalışdırmaq mənim üçün şərəflidir. Lakin son  yeni müqavilənin imzalanması ilə bağlı  federasiyadan  heç bir təklif almamışam. Obrazlı desək, əgər yalnız bir tərəf toyun olmasını istəyirsə,  toy olmayacaq. Yeni müqavilə ilə bağlı müraciət gözləyirdim. Ancaq bu, baş vermədi. Buna görə də istefa vermək qərarına gəldim”. 

Qeyd edək ki, İran millisi Boniya və Hersoqovinaya uduzmaqla mundialı tərk edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM