​İranda aztəminatlı vətəndaşlara müavinətin verilməsi dayandırılır

20:48 | 14.04.2016
​İranda aztəminatlı vətəndaşlara müavinətin verilməsi dayandırılır

​İranda aztəminatlı vətəndaşlara müavinətin verilməsi dayandırılır

İran parlamenti əhalinin aztəminatlı təbəqəsinə müavinətin verilməsinin ləğvi haqda qanun qəbul edib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, indiyədək ölkə üzrə 24 milyon vətəndaş dövlət büdəcəsindən yardım alıb.

Xəbərə əsasən, müavinətin ləğvi İran prezidentinin həyata keçirmək istədiyi iqtisadi islahatların tərkib hissəsi sayılır.

Qeyd edək ki, hər ay ictimai sektorda işləyənlərə, hərbçilərə və əhalinin aztəminatlı təbəqəsinə 12 dollar məbləğində nağd pulla müavinət verilirdi.
Xatırladaq ki, 2010-cu ilədək ölkədə bir sıra malların qiyməti (çörəkdən avtomobilədək) ucuzlaşdırılmışdı. Ancaq həmin il hökumət islahat keçirməyə başladı. Bunun nəticəsində həmin malların qiyməti qalxdı. Nəticədə əhalinin aztəminatlı təbəqəsinə yardım etmək məqsədilə müavinət verməyə başlandı. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM