İş adamına qız hədiyyə verildi

20:02 | 20.06.2014
İş adamına qız hədiyyə verildi

İş adamına qız hədiyyə verildi

Cənubi Afrikada ölkənin milli televiziya yayım qurumunun (SABC) müdiri Hlaudi Motsoenengə hədiyyə olaraq bir gəlin verildiyi ortaya çıxıb. 
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrikanın rəsmi dillərindən olan Venda dilində danışan qəbilələr Motsoenengə öz dillərində daha çox proqram hazırlanması tələbi ilə çıxış ediblər. Motsoenengin Limpopo əyalətinə ziyarəti zamanı Venda dilində danışan qəbilə liderləri milli yayın qurumunun müdiri ilə görüşmək fürsəti tapıblar. Qəbilə liderləri Motsoenengin önünə aralarından birini seçib həyat yoldaşı olaraq götürməsi üçün 10 gənc qız çıxarıb.
Hlaudi Motsoeneng 23 yaşındakı Vanessa Mutsvarini seçib. Bundan əlavə müdirə gənc qızın yanında bir inək və dana hədiyyə edildiyi də bildirilir.
Ancaq hadisəni eşidən Cinsi Bərabərlik Komissiyası istintaq başladıb. Cənubi Afrikanın Qadın Məsələləri Nazirliyi də istintaq açılmasını məmnuniyyətlə qarşılayıb. Nazirliyin açıqlamasında deyilir: “Qadınların ferma heyvanları kimi hədiyyə olaraq təqdim edilməsi azadlıq və demokratiyaya bir təhqir və geriyə gedişdir”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM