İŞİD-din əlindən daha bir şəhər alındı

16:31 | 05.10.2014
İŞİD-din əlindən daha bir şəhər alındı

İŞİD-din əlindən daha bir şəhər alındı

İraqın «Əl-İraqiyə» dövlət telekanalı İŞİD qruplaşması ilə İraq ordusu arasında silahlı qarşıdurmanı əks etdirən kadrlar yayıb. 

Telekanalın məlumatına görə, yerli tayfaların da dəstək verdiyi İraq ordusu bu döyüş nəticəsində Duluiya şəhərini İŞİD qüvvələrindən tamamilə azad edib. Ordu paytaxt Bağdaddan 75 kilometr məsafədə yerləşən Duluiya şəhərini azad etmək üçün şəhər ətrafındakı meşəlik ərazidə mövqe qurub.


Amerika Birləşmiş Ştatlarının Hərbi-Dəniz Qüvvələrinin Komandanlığı isə oktyabrın 3-də İŞİD qüvvələrinə endirilən aviazərbələrlə bağlı kadrları yayıb. Kadrlarda Birləşmiş Ştatlarının Ərəb körfəzində yerləşən Corc Buş təyyarədaşıyan gəmisindən döyüş təyyarələrinin havaya qalxması və gəmiyə eniş etməsi əks olunub. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb