İsrail İrana cavab zərbəsi endirməyəcək - KİV

19:29 | 14.04.2024
İsrail İrana cavab zərbəsi endirməyəcək - KİV

İsrail İrana cavab zərbəsi endirməyəcək - KİV

İsrail İrana cavab zərbəsi endirməyəcək.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Cozef Bayden arasında danışıqdan sonra Təl-Əviv İrana cavab verməkdən vaz keçib.

Bayden bildirib ki, bütün pilotsuz təyyarələrin və raketlərin vurulması böyük qələbədir və buna görə də əlavə qisas almağa ehtiyac yoxdur.

Həmçinin İranın hücumu nəticəsində ciddi ziyanın dəyməməsi müəyyən edilib.

Aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb