İsrail səfirlərinə evdən çıxmaq qadağan edilib

17:01 | 05.04.2024
İsrail səfirlərinə evdən çıxmaq qadağan edilib

İsrail səfirlərinə evdən çıxmaq qadağan edilib

İsrail Xarici İşlər Nazirliyi müxtəlif ölkələrdə işləyən  diplomatlarına evdən çıxmağı və ən yaxın mağazalara getməyi qadağan edib. Bu barədə Bhol nəşri məlumat verib. 
 
Nəşr yazır ki, İsrail 28 ölkədə olan nümayəndəliyinin diplomatik missiyasının işini dayandırmaqla bağlı qərar verib. Diplomatlara tapşırılıb ki, idman zalları və ya mağazaya getməsinlər. 
 
"Dünyadakı İsrail səfirliklərində təhlükə səviyyəsi maksimuma qaldırılıb. İsrail diplomatik nümayəndəliklərinin əməkdaşları üçün qaydaları o qədər sərtləşdirilib ki, onlara evlərini tərk etmək, hətta idman zalına və ya ən yaxın mağazaya belə çıxmaq qadağan edilib. Diplomatlara ayıq-sayıqlığı artırmaq, adi səyahət marşrutlarını və müəyyən edilmiş gündəlik rejimi dəyişmək tövsiyə olunub",  - nəşr yazıb.
 
Həmin mənbəyə görə, İsraildə hərbi qulluqçular üçün qısamüəddətli məzuniyyət dayandırılıb və ehtiyatda olan əsgərlər hərbi xidmətə çağrılıb. Həmçinin xəstəxanalara eyni vaxtda çoxlu xəstələrin qəbulu üçün təlimlər keçirilib.   

Bu tədbirlər İsrailin  aprelin 1-də Suriyada həyata keçirdiyi hərbi əməliyyat zamanı İran generalının ölümündən sonra İranın etdiyi təhdidlərə cavab olaraq qəbul edilib. 

İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) ictimaiyyətlə əlaqələr şöbəsi yeddi hərbi müşavirin - generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhiminin, həmçinin beş zabitin həlak olduğunu açıqlayıb.
 
İran İsrailin bu addımına qarşı cavab verəcəyini söz verib. 
 
Gülnar 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb