İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır

14:53 | 29.11.2022
İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır

İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır

İsrail və ABŞ-ın Hərbi Hava Qüvvələri birgə hərbi təlimlərə başlayacaq.
 
Bu barədə İsrail ordusunun mətbuat xidmətinin rəhbəri Aviçay Adrae sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
İsrail mətbuatında hərbi təlimlər zamanı İranın nüvə proqramı əleyhinə manevrlərin test edilməsinin nəzərdə tutulması barədə xəbərlər yer alıb.
 
Təlimlərdə həm qırıcı, həm də təminat-təchizat təyyarələrinin iştirak edəcəyi qeyd olunub. A.Adrae, həmçinin əlavə edib ki, regionda yaranan təhdidlərə qarşı fərqli ssenarilərlə bağlı hazırlıq işləri görüləcək.
 
Məlumatda ssenarilərlə bağlı detallar açıqlanmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM