İstanbuldakı partlayışda ölənlərin 6 nəfəri əcnəbidir

18:19 | 29.06.2016
İstanbuldakı partlayışda ölənlərin 6 nəfəri əcnəbidir

İstanbuldakı partlayışda ölənlərin 6 nəfəri əcnəbidir

Atatürk Hava Limanında törədilən partlayış nəticəsində ölənlərin əksəriyyətinin kimliyi müəyyənləşib.
 
APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, ölən 36 nəfərdən 6 nəfərin  əcnəbi olduğu dəqiqləşib. Əcnəbilərdən 4-ü Səudiyyə Ərəbistanı, 1-i Ukrayna, 1-i isə İran vətəndaşıdır.
 
Hələlik ölən iki qadın və iki kişinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hadisə yerindən 3 nəfərinsə meyitinin müxtəlif hissələri tapılıb. Həmin 3 nəfərin partlayışı törədən terrorçu-kamikadzelər olduğu bildirilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb