İTV-nin yeni direktoru kadr dəyişikliyinə başladı

23:02 | 05.06.2018
İTV-nin yeni direktoru kadr dəyişikliyinə başladı

İTV-nin yeni direktoru kadr dəyişikliyinə başladı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev vəzifəsindən gedib. О , dünən rəhbərliyə işdən azad olunması üçün ərizə ilə müraciət edib. Onun ərizəsi qəbul edilib.

H.Abdullayev bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və ATV-nin vitse-prezidenti olub. 

TV-nin yeni rəhbərliyi artıq onun yerinə namizəd də tapıb. Yeni rəhbərliyin "Carçı” xəbərlər departamentinə nəzarət edən Murad Hüseynov bu posta təyin olunub.  O, baş direktorun müavini vəzifəsinə təsdiqlənib. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM