İyunun 6-dan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysi açılacaq

21:57 | 14.05.2015
İyunun 6-dan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysi açılacaq

İyunun 6-dan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysi açılacaq

Ukraynanın Dnepropetrovsk şəhərindən Bakıya yeni aviareys açılacaq.

Ukraynanın ”Dniproavia” şirkətindən APA-ya verilən məlumata görə, Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətləri əsasında açılan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysini "Dniproavia” şirkəti həyata keçirəcək. 
 
Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib ki, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.
 
Uçuşlar iyunun 6-dan başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 07.30-da Dnepropetrovsk şəhərindən, saat 14.10-da isə Bakıdan həyata keçirəcək.

Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən uçuşların sayını həftədə 2 dəfəyə qaldırmağı nəzərdə tutur. Dnepropetrovsk-Bakı aviareysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və aviabilet satışı ilə məşğul olan agentliklərə müraciət edə bilərlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb