Kiyevdə yeniyetmələr azərbaycanlını döydülər

14:43 | 22.07.2015
Kiyevdə yeniyetmələr azərbaycanlını döydülər

Kiyevdə yeniyetmələr azərbaycanlını döydülər

Ukraynanın səkkiz yetkinlik yaşına çatmayan vətəndaşı Kiyevdə Dmitriyevsk küçəsində iki xarici vətəndaşı döyüblər.

Oxu.Az xəbər verir ki, bu barədə şəxsi Facebook səhifəsində Kiyev şurasının deputatı Yelena Yeskina yazıb.

"Dmitriyevsk küçəsində "razborka”da Ukrayna vətəndaşı olmayan iki nəfər döyülüb. Onları səkkiz yetkinlik yaşına çatmayan vətəndaş döyüb. Qarət məqsədilə hücum (polisin mənə bildirdiyinə görə). İndi təcili yardım gəldi. Hadisə yerinə operativ-istintaq qrupu da gəldi”, Yeskina yazıb.

O həmçinin bildirib ki, onun gözləri qarşısında 17 yaşlı yeniyetmələrin ciblərindən biz və bıçaq çıxarıblar.

Yeskina bundan başqa, zərərçəkən iki azərbaycanlının sənəd, telefon və mağazadan aldıqları ərzaqların itməsi barədə şikayət etdiklərini də bildirib.

Zərərçəkənlərin vəziyyəti və hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb