Koronavirusun uşaqlar üçün yeni fəsadları məlum olub

09:03 | 07.07.2020
Koronavirusun uşaqlar üçün yeni fəsadları məlum olub

Koronavirusun uşaqlar üçün yeni fəsadları məlum olub

Koronavirusa yoluxmuş uşaqlarda mərkəzi və periferik əsəb sistemləri ilə bağlı nevroloji fəsadlar meydana çıxır.

ANEWS.az "Report"-a istinadən xəbər verir ki, belə bir nəticəyə Londonun məşhur Qreyt Ormond-strit Uşaq Xəstəxanasının mütəxəssisləri gəlib.

JAMA Neurology" Jurnalında dərc edilmiş tədqiqatda bildirilir ki, həkimlər xəstəxanaya yerləşdirilmiş uşaqların vəziyyətini təhlil ediblər və bir çox pasiyentlərdə iltihablı sindrom aşkarlayıblar.

Belə fəssadların aşkarlandığı iyirmi yeddi pasiyentdən dördündə ensefalopatiya, baş ağrıları, beyin problemləri, əzələ zəifliyi və reflekslərin azalması müşahidə olunub.

Bundan başqa, beynin maqnit-rezonans tomoqrafiyası zamanı korpus kallosumun qalınlaşmasında dəyişikliklər də aşkarlanıb. Qeyd edilir ki, virusun digər fəsadları da mövcuddur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb