"Kristal Abşeron” şirkəti növbəti dəfə
Xırdalan şəhərində inşa etdiyi binalarda mənzil alan vətəndaşlara çıxarışları təqdim
edərək onları sevindirib. Belə ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi "Kristal
Abşeron” şirkəti ilə birgə Xırdalan şəhəri Heydər Əliyev prospekti 11 ünvanında
növbəti "kütləvi çıxarış” kampaniyası həyata keçirib. Bu ilin ilk səyyar
qeydiyyat kampaniyası Xırdalan şəhərində yerləşən 11 binadan ibarət yaşayış
kompleksinin 195 mənzilli 4 binasını əhatə edib. Kampaniya zamanı vətəndaşlar
komitənin mobil ofislərində birbaşa yaşadıqları binanın həyətində qeydiyyat
xidmətlərindən faydalanıblar. Sosial aksiya nəticəsində 80-ə yaxın Kristal
Abşeron sakininə əmlaklarına dair çıxarışlar təqdim edilib. Kampaniya çərçivəsində
tək girişli 15 mərtəbəli yaşayış kompleksi üzrə 100-ə yaxın sakinə hüquqi xidmətlər göstərilib. Eləcə də vətəndaşlara
qeydiyyat prosedurları barədə məlumat verilib. Tədbirdə iştirak edən bina
sakinləri yaradılan şəraitdən, prosesin asanlaşdırılmasından, eləcə də Kristal
Abşeron şirkətinin rəhbərliyindən razılıqlarını bildiriblər. Sakinlər qısa
zamanda, heç yerə getmədən, heç bir quruma müraciət etmədən mənzillərinə dair
çıxarışları çox asanlıqla əldə etdiklərini və bunun üçün "Kristal Abşeron” şirkətinə
minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 15 ildir inşaat bazarında öz
sözünü demiş "Kristal Abşeron” mənzilləri tam təmirli təhvil verir. Ən əsası isə
mənzillər qısa zamanda çıxarışla təmin edilir. Bir sözlə, mənzil alarkən
çıxarış problemi ilə üzləşməmək üçün "Kristal Abşeron”u seçə bilərsiniz.
Daha ətraflı məlumat
əldə etmək istəyənlər *1544,
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !