• $
  • €
  • ₽
  • ₺
  • £

Orxan Pamuk: "Avropa tarixində dramatik məqamdır"

Orxan Pamuk: "Avropa tarixində dramatik məqamdır"
14.09.2015 12:45
Nobel mükafatlı türk yazıçı Orxan Pamuk Avropa və qaçqınlar məsələsindəki yeniliklərə münasibət bildirib:

"Mən şadam ki, Almaniya Suriyadan, Şimali Afrikadan və başqa yerlərdən 800 min qaçqın qəbul etmək niyyətindədir, şadam ki, nəhayət, Avropanın qalan ölkələri də bu vacib vəziyyətə reaksiya verirlər. 

Bu, Avropa tarixində doğrudan da dramatik məqamdır. Bir neçə gün əvvələ qədər Türkiyə 2 milyon immiqrant qəbul edib və yenə də insanlıq qarşısında borcunu yerinə yetirməyə çalışır, bununla müqayisədə başqa ölkələr vur-tut 2 min, 3 min immiqrant qəbul edir, bununla belə, şikayətlənirdilər.

Bu, diqqətəlayiq dəyişiklikdir, əlbəttə, bu insanlıq nümayişindən məmnunam və bu insanlar üçün məsuliyyət altına girməyə davam edəcəyimizə ümidliyəm.

Bu ümidlə yanaşı, biz unutmamalıyıq ki, bu insanlar öz ölkələrini itiriblər... Qarşımızdakı vəzifəni düzgün qiymətləndirməliyik.

Almaniyanın bu insanlara 30-40 il əvvəl türklərə davrandığı kimi davranmayacağına ümid edirəm. O zaman ki, türklər Almaniyaya müvəqqəti işçi statusuyla gedirdilər.

Almaniyanın qaçqınlara vətəndaşlıq təklif etməsi, gələcəkdə onlara alman olmaq məsuliyyəti verməsi bizi ürəkləndirməkədədir.

Bu, Avropa ideyasının inkişaf etdirilməsi üçün çox vacibdir. Mədəniyəti, dini, tarixi, şəxsi travmatik hekayələri bizimkindən fərqli olan insanlarla birlikdə yaşamaq bizi maarifləndirir. Bizi fərqli insanlar edir.

Bu, bizə azadlığı kitablardan öyrənə biləcəyimizdən daha dərin mənada öyrədir. 

Avropanın əsas ideyası təkcə égalité (bərabərlik) və liberté (azadlıq) deyil, həm də qardaşlığa (fraternité) əsaslanır." 

Oxu Zalı

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol