• $
  • €
  • ₽
  • ₺
  • £

Hadinin cəsədinin qalıqları tapılmadı

Hadinin cəsədinin qalıqları tapılmadı
06.11.2015 19:40
Məhəmməd Hadinin Gəncəçayın sağ sahilindəki büstünün altında cəsədinin qalıqları tapılmayıb

"Məhəmməd Hadi 1920-ci ildə iyunun 1-də Gəncədə xəstəxanada vəfat edib. Bu yaxınlarda Hadinin məzarının harada olması ilə bağlı sənədləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva məndən sənədləri istədi, mən də yolladım. Hadinin məzarı 1966-cı ilin iyul ayında Gəncədə Səbizkar qəbiristanlığından Gəncəçayın sağ sahilindəki parka köçürülüb".
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmlər doktoru, hadişünas alim İslam Qəribli görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin harada dəfn olunması barədə mübahisələrlə bağlı bildirib.
 
Onun sözlərinə görə, məzar köçürülən vaxt Bakıdan nümayəndə heyəti də gedib.
 
"Gəncə şəhər Partiya Komitəsi təbliğat-təşviqat şöbəsində məsul vəzifədə çalışan Xeyrulla Əliyev də orada olub. Xeyrulla müəllim sağdır. Sadəcə, Hadinin cəsədinin qalıqları çıxarılan məzar işarələnməyib. Dəfn prosesi zamanı çəkilən şəkillər var. Hadinin məzarı Gəncəçayın sağ sahilinə köçürüldükdən sonra orada kiçik büst ucaldıblar. Bununla bağlı faktlar, protokollar var”, - deyə İ. Qəribli bildirib.
 
İ. Qəribov qeyd edib ki, 1966-cı ildə Partiya Komitəsi M. Hadinin Səbizkar qəbiristanlığındakı məzarı üzərində abidə ucaldılması barədə qərar qəbul edib: "Lakin yer kiçik olduğuna görə abidə tikmək mümkün olmayıb. Daha sonra qərar verilib ki, cəsədin qalıqlarını oradan çıxarıb, başqa bir yerdə dəfn etsinlər”.
 
AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev isə APA-ya açıqlamasında deyib ki, Gəncədə tarixi abidələrin, görkəmli şəxslərin məzarlarının tədqiqi ilə bağlı komissiya fəaliyyət göstərir: "Komissiya tərəfindən şəhər ziyalıları, Gəncə Şəhər İcra Hakimiyyəti və qəbiristanlıq nümayəndələrinin iştirakı ilə Məhəmməd Hadinin Gəncəçayın sağ sahilindəki qəbri 4-5 metr uzunluğunda, 2 metr dərinliyində qazıldı. Büstün altında beton plitələr qaldırıldı. Ancaq oradan cəsəd qalıqları, kəfən tapılmadı”.
 
Akademik bildirib ki, arxiv sənədləri əsasında M. Hadinin məzarının Gəncədə Səbizkar qəbiristanlığında olduğu müəyyən edilib: "Hadinin məzarı Səbizkar qəbiristanlığında Adıgözəl bəy Goraninin məzarının arxasındadır. 1920-ci ildə Hadini orada dəfn ediblər. Arxiv sənədlərində göstərilir ki, Gəncəçayın sağ sahilində Hadiyə abidə qoyulsun. Həmin sənədlərdə Hadinin məzarının köçürülmə söhbəti yoxdur. Ona görə biz bu tədqiqat işini apardıq və müəyyənləşdirdik ki, Hadinin məzarı Gəncəçayın sağ sahilindəki parkda yox, Səbizkar qəbiristanlığındadır”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol